Пример: Транспортная логистика
Я ищу:
На главную  |  Добавить в избранное  

Хозяйственное право /

Правовое регулирование цен и тарифов

←предыдущая следующая→
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 



Скачать реферат


2. Xidmət göstərilməsi məcburi olan istehlakçıların müəyyən edilməsi və (və ya) təbii inhisar subyektlərinin istehlakçıların əmtəə üzrə ehtiyacını tam həcmdə ödəyə bilmədiyi hallarda onların həmin əmtəə ilə təmin olunmasının minimum səviyyəsinin müəyyən edilməsi;

3. Əmtəə istehsalının həcminin müəyyən olunmuş göstəricilərinə əməl edilməsininin təmin olunması;

4. Təbii inhisar subyektləri tərəfindən tənzimlənən fəaliyyət sahələrinə ayrılan kapital qoyuluşunun razılaşdırılması;

Təbii inhisarları tənzimləyən orqanlar tənzimləmə üsullarının tətbiq edilməsi haqqında qərarı konkret olaraq hər bir təbii inhisar subyekti üçün, belə bir tənzimləmənin istehsal edilmiş və ya satılmış əmtəənin keyfiyyətinin artırılmasında və bu əmtəəyə tələbatın ödənilməsində stimullaşdırıcı rolu nəzərə almaqla qəbul edir. Bu zaman məsrəflərin nə dərəcədə əsaslandırılmış olması müəyyən edilir və aşağıdakılar nəzərə alınır:

1. əmtəənin istehsal və ya satış xərcləri, o cümlədən əmək haqqı, xammal

və materialların dəyəri, üstəlik xərclər;

2. vergilər və digər ödənişlər(sosial sığorta, yol fondu, məşğulluq fondu);

3. əsas istehsal vasitələrinin dəyəri, onların təkrar istehsalı üçün zəruri olan investisiyaya tələbat və amortizasiya ayırmaları;

4. faktiki və proqnozlaşdırılan mənfəət;

5. istehsal olunan və ya satılan əmtəənin keyfiyyətinin və kəmiyyətinin istehlakçıların tələbatına uyğunluğu;

6. Əmtəələrin istehsal olunduğu yerə ayrı-ayrı istehlakçı qruplarn yaxınlığı və uzaqlığı:

7. dövlət dotasiyaları və dövlət yardımı ilə bağlı digər tədbirlər.

Müvəqqəti inhisar dedikdə rəqabətin müvəqqəti yoxluğu şəraitində mövcud olan inhisar başa düşülməlidir. Bu zaman ixtiraların istifadəsi, patentlərin tətbiqi və lisenziyalı avadanlıqların istifadəsi nəticəsində meydana çıxan müvəqqəti inhisarlar beş il ərzində inhisarsızlaşmağa cəlb olunmur.

2002-ci il 20 sentyabr tarixində A.R. Nazirlər Kabineti “Təbii inhisar subyektləri tərəfindən istehsal olunan məhsulların (işlərin, xidmətlərin) qiymətlərinin (tariflərinin) formalaşması və dövlət tənzimlənməsi qaydaları haqqında” qərar qəbul etmişdi. Bu qaydalar “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2 mart 2001-ci il tarixli 446 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 495 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi inkişaf Nazirliyi haqqında Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2002-ci ü tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Əsasnaməsinə uyğun olaraq hazırlanmışdır.

Bu qaydalar təbii inhisar subyektləri (sonradan “Subyektlər”) tərəfindən istehsal olunan məhsullar (işlər, xidmətlər) üzrə qiymət (tarif) layihələrinin hazırlanması və təsdiq edilməsi sahəsində Azərbaycan Respublikası Tarif (qiymət) Şurası (sonradan Tarif (qiymət) Şurası) ilə həmin subyektlər arasındakı münasibətləri tənzimləyir.

Subyektlər tərəfindən istehsal olunan məhsulların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) Katibliyin təklifləri əsasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müzakirə olunur, müvafiq qərar qəbul edilməklə İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

Bu qaydalar, Azərbaycan Respublikasında təbii inhisar subyektlərinin Dövlət Reyestrinə daxil edilmiş təsərrüfat subyektlərinin dövlət tənzimlənməsi tətbiq edilən məhsullarının (işlərinin, xidmətlərinin) qiymətlərinin (tariflərinin) formalaşmasına və dövlət tənzimlənməsinə şamil edilir.

Subyektlər məhsulun (işin, xidmətin) qiymətinin (tarifinin) dövlət tənzimlənməsinin təmin edilməsi məqsədilə aşağıdakı sənədləri və məlumatlan Katibliyə təqdim edirlər;

- qiymətlərin (tariflərin) tənzimlənməsinin zəruriliyinə dair müraciət;

- hər bir Subyekt və məhsul (iş, xidmət) üzrə razılaşdırılmış kalkulyasiya forması (1 N-li forma) və bu formaya 1; 2; və 3 N-li əlavələr (xammal-material, enerji daşıyıcıları, əmək haqqı və sair digər xərclərin açıqlanması, avadanlıqların, binaların istismarı və saxlanması, sex, ümumistehsal və istehsaldan kənar xərclərin ölçüləri haqqında arayış);

- məhsul (xidmət) vahidi üzrə təsdiq olunmuş əsas xərc maddələrinin (xammal, material, enerji, yanacaq və s.) sərf norması;

- topdansatış qiymətlərin (tariflərin) dəyişdiril-məsinin subyektin iqtisadi göstəricilərinə təsirinin nəticələri (2 N-li forma);

- istehsalla (iş və xidmətlə) bağlı göstərilən kənar xidmətlər, onların qiyməti (tarifi) və dəyəri;

- keçən il və son hesabat dövrü üzrə xərc maddələri göstərilməklə məhsulun (işin, xidmətin) ümumistehsal (istismar) maya dəyəri (hesabat kalkulyasiyası);

- proqnozlaşdırılan və faktiki mənfəət;

- vergi və digər ödənişlər;

- dövlət dotasiyaları və dövlət yardımı ilə bağlı digər tədbirlər;

- istehsal olunan və ya satılan əmtəənin keyfiyyət və kəmiyyətinin istehlakçıların təlabatına uyğunluğu;

- debitor və kreditor borcların açıqlanması;

- təsərrüfat subyektinin mühasibat balansı və ona əlavələr;

- yeni qiymətlərin (tariflərin) layihələrinin qüvvədə olan qiymətlərlə (tariflərlə) müqayisəli cədvəli.

2003-cü il 30 may tarixində “Tənzimlənən qiymətlər haqqında” qanun qəbul edilmişdi. Bu qanun qiymətlərin və tariflərin (bundan sonra qiymətlər) tənzimlənməsi sahəsində dövlət siyasətinin və bu sahədə yaranan münasibətlərin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Tənzimlənən qiymətlər haqqı

←предыдущая следующая→
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 



Copyright © 2005—2007 «Mark5»