Пример: Транспортная логистика
Я ищу:
На главную  |  Добавить в избранное  

Хозяйственное право /

Правовое регулирование цен и тарифов

←предыдущая следующая→
... 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 



Скачать реферат


haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, "Təbii inhisarlar haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətdiq edilir.

Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri aşağıdakılardır:

1. tənzimlənmənin bazar münasibətləri və iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi baxımından həyata keçirilməsi;

2. iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun stimul-laşdırılması;

3. inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;

4. təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində ölkənin sosial-iqtisadi ink-işafına səmərəli təsirinin təmin olunması;

5. dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin səmərəliliyinin dünya bazar qiymətlərinin nəzərə alınması;

6. məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə alınması;

7. qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin ödənilməsi;

8. inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi;

9. qiymətləri tənzimlənən məhsulları (malları, işləri, xidmətləri) istehsal edən təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şəraitin yaradılması;

10. qiymət amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı təsirindən istifadə edilməsi.

Qiymətlərin tənzimlənməsi aşağıdakı üsullardan istifadə etməklə həyata keçirilir:

1. qiymətləri təsdiq etməklə;

2. qiymətlərin səviyyəsini məhdudlaşdırmaqla;

3. qiymətdə rentabellik normasının səviyyəsini məhdudlaşdırmaqla;

4. vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişməklə;

5. imtiyazlı (güzəştli) kreditlər verməklə;

6. dövlət büdcəsindən subsidiya verməklə;

7. tənzimlənən qiymətlərin tətbiq edildiyi məhsulun (malın, işin, xidmətin) qiymətlərini müxtəlif istehlakçı qrupları üzrə fərqləndirməklə.

Qiymətlərin dövlət tənzimlənməsinin səviyyəsi iqtisadi vəziyyətlə birbaşa əlaqəlidir. O, böhran hallarında, inflyasiyanın gücləndiyi, məhsul qıtlığı yarandığı, iqtisadiyyatın daha tez qurulması zamanı gücləndirilir, böhrandan çıxdıqdan sonra isə nisbətən zəifləyir. Deməli Azərbaycanda bazar münasibətlərinə keçid dövründə qiymətlərin tənzimlənməsi mexanizmi ilə yanaşı bazar şəraitinə uyğun qiymətlərin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi yolları işlənib hazırlanmalıdır.

Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirərkən aşağıdakı məlumat mənbələrindən istifadə edilir:

• Dövlət Statistika komitəsinin bazar qiymətləri barədə məlumatları;

• Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlər barədə məlumatları;

• İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin, onların yerli orqanlarının bazar qiymətləri barədə məlumatları;

• Digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatları;

• Kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, İnternet sisteminin və digər mənbələrin rəsmi məlumatları;

• Qanunvericiliklə səlahiyyətə malik olan ekspertin rəyi, habelə nəzarət qaydasında mal alqısı nəticələri, xronometraj qaydasında müşahidə aparmaqla qeydə alınan qiymətlər və s.

Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

• Göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi

• Öhdəliklərin icra olunma müddəti, ödəniş şərtləri

• Mallara (işlərə, xidmətlərə) tələb-təklifin dəyişməsi (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq dəyişməsi)

• Malların mənşə ölkəsi, alındığı və təqdim olunduğu yer

• Malların göndərilmə şərtləri

• Malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi

• Marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq bazara analoqu olmayan yeni malların çıxarılması, yaxud malların yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi

• İşlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, səhiyyə, xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərlər nəzərə alınır.

Eyni xüsusiyyətli və ya eyni adlı mallara (işlərə, xidmətlərə) müvfiq əmtəə bazarında heç bir əməliyyat aparılmadıqda , rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

1. Sonrakı satış qiymətinə əsasən.

←предыдущая следующая→
... 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 



Copyright © 2005—2007 «Mark5»