Ïðèìåð: Òðàíñïîðòíàÿ ëîãèñòèêà
ß èùó:
Íà ãëàâíóþ  |  Äîáàâèòü â èçáðàííîå  

Õîçÿéñòâåííîå ïðàâî /

Ïðàâîâîå ðåãóëèðîâàíèå öåí è òàðèôîâ

←ïðåäûäóùàÿ ñëåäóþùàÿ→
1 2 3 4 5 6 7 8 9 10 11 ... 



Ñêà÷àòü ðåôåðàò


əhalinin reaksiyası xüsusilə həssas olur.

Qiymət siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla bazar münasibətləri şəraitində mühüm əhəmiyyətə malikdir. Belə ki, o, bazar münasibətlərinin inkişafına imkan yaradır, xüsusi, dövlət, bələdiyyə və digər mülkiyyət formalarının qorunması vasitəsi kimi çıxış edir, inflyasiyanın ləngiməsi və onun mənfi sosial və iqtisadi nəticələrinin yumşaldılmasına səbəb olur, eyni zamanda rəqabətin inkişafına, əmtəə və xidmətlərin, maliyyə resurslarının sərbəst hərəkətinə, azad iqtisadi fəaliyyətə şərait yaradır.

A.R-da qiymət siyasətini İcra Hakimiyyəti orqanları, xüsusilə də Maliyyə və İqtisadi İnkişaf nazirliyi və onun tərkibinə daxil olan Qiymət (Tarif) şurası formalaşdırır və reallaşdırır. Tarif (qiymət) şurası 31 yanvar 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılmışdır. Mərkəzi İcra Hakimiyyəti orqanı olan Qiymət və Tarif Şurası yalnız dövlət tənzimlənməsini deyil, eləcə də sahələrarası qiymət koordinasiyasını da həyata keçirir. Onun əsas vəzifələri: Bütün ölkə səviyyəsində vahid qiymət siyasəti istiqamətində irəli sürülən təkliflərin təhlili, sosial problemlərin həll edilməsi məqsədilə qiymət əmələgəlmə mexanizminin təkmilləşdirilməsi, xalq təsərrüfatı sahələrində qiymət əmələgəlmə prosesinin sistemli təhlili və bunun əsnasında dövlətin qiymət siyasətinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması, xalq təsərrüfatında və onun ayrı-ayrı sahələrində qiymələrin inkişaf dinamikası proqnozlarının işlənib hazırlanması, inhisarçı müəssisələrin məhsullarının qiymətlərinin tənzimlənməsi, qiymət əmələgəlmə qanunvericiliyinə əməl olunması və qiymət intizamının möhkəmlənməsi üzrə nəzarətin həyata keçirilməsi, qiymət əmələgəlmə sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi.

80-cı illərin sonu üçün qiymətlərin dövlət tənzimlənməsi tarixi zərurətə çevrildi. İş burasında idi ki, dövriyyədə əmtəə kütləsi ilə pul kütləsi arasında kəskin fərq yaranmışdı. Lakin hökumət bu iki kütləni tarazlaşdırmaq qabiliyyətinə malik olan bir komponenti –qiymətin rolunu dərk edə bilmirdi.

SSRİ –nin süqutundan sonra müstəqillik əldə etmiş respublikamız üçün iqtisadi dayaqların möhkəmləndirilməsi zərurəti yarandı. Bunun əsas şərtlərindən biri qiymətlərin liberallaşdırılmasıdır. Bu məqsədlə 1992-ci il 2 yanvar 540 saylı “qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında” Prezident fərmanının icrasına uyğun olaraq Respublika Nazirlər Kabinetinin 2 yanvar 1992-ci il tarixli 3 saylı “qiymət və tariflərin sərbəstləşdirilməsi tədbirləri haqqında” qərarı ilə 1992-ci il yanvarın 6-dan qiymət və tariflərin sərbəstləşdirilməsi həyata keçirilməyə başladı. Həmin qərar müvafiq olaraq respublika ərazisində yerləşən, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrə, təşkilatlara və digər hüquqi şəxslərə icazə verildi ki, az sayda məhsullar və xidmətlər istisna olmaqla bütün istehsal-texniki təyinatlı məhsullara, xalq istehlakı mallarına və xidmətlərinə bazarda təşəkkül tapmış tələb və təklif əsasında formalaşan sərbəst qiymətləri (tarifləri) tətbiq etsinlər. Bu zaman bütün kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri də sərbəstləşdirildi. Prezidentin 1992-ci il 2 yanvar tarixli 540 nömrəli Fərmanına əlavə ¹ 1 əsasən dövlət tərəfindən tənzimlənən qiymətlərin (tariflərin) tətbiq olunduğu istehsal-texniki təyinatlı məhsulların (işlərin, xidmətlərin)

SİYAHISI

• Kənara verilən elektrik və istilik enerjisi

• Neft və qaz kondensatı, təbii və mayeləşdirilmiş qaz

• Motor və qazanxana yanacağı, kerosin, benzin

• Qiymətli metallar və xəlitələr, onların qırıntısı və tullantıları, almaz xammalı, qiymətli, yarımqiymətli, sintetik və süni daş-qaşlar və onlardan hazırlanan məmulat

• Dəmiryol, avtomobil, dəniz, aviasiya, boru kəməri nəqliyyatı ilə yüklərin daşınması –Əsas-rabitə xidmətləri.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 yanvar tarixli 540 nömrəli Fərmanına əlavə ¹ 2 dövlət tərəfindən tənzimlənən qiymətlərin (tariflərin) tətbiq ol-unduğu əsas istehlak mallarının və xidmətlərin

S İ Y A h I S I

• Çörək

• Süd, kefir, üzsüz kəsmik

• Əhaliyə satılan xörək duzu

• Uşaq qidasının əsas növləri, o cümlədən qida konsentratları

• Şəkər

• Bitki yağı

• Araq

• Yanacaq, odun, qaz, əhali üçün(istilik və elektrik enerjisi

• Benzin, dizel yanacağı, kerosin

• Kibrit

• Dərman vasitələri və tibb təyinatlı məmulat

• Əlilliyin profilaktikasının və əlillərin reabilitasiyasının texniki vasitələri

• Mənzil kirəsi, o cümlədən yataqxanada yaşamaq haqqı

• Kommunal xidmətləri əsas növlərin-Əhali üçün nəqliyyat və rabitə xidmətləri

Respublika Nazirlər Kabinetinin 11 avqust 1992-ci il tarixli 438 saylı “Dərman vasitələri və tibbi təyinatlı məmulatlara qiymətqoyma haqqında” qərarına əsasən Səhiyyə nazirliyində siyahısı təsdiq edilən 50 adda an mühüm dərman vasitələri istisna olmaqla bütün digər dərman vasitələri və tibbi təyinatlı məmulatların sərbəstləşdirildi. Daha sonar Respublika Nazirlər Kabinetinin 12 dekabr 1992-ci il tarixli 664 sayli qərari ilə bütün dərman vasitələri tam sərbəstləşdirildi.

Lakin qiymət mexanizminin maliyyə-kredit, bölgü, investisiya və bazar strukturu siyasəti ilə əlaqəsi düzgün qurulmadığından onun (qiymətin) sabitləşdirici imkanlarından lazımınca istifadə olunmadı. Beləliklə maya dəyəri, mənfəət, vergi və kredit dərəcələri, ticarət əlavələri və s. kimi qiymət ünsürlərinin yeri və mövqeyi dürüst müəyyən edilmirdi, əksinə makroiqtisadi tarazlığın tənzimlənməsində qiymətlərdən əsassız olaraq istifadə

←ïðåäûäóùàÿ ñëåäóþùàÿ→
1 2 3 4 5 6 7 8 9 10 11 ... 



Copyright © 2005—2007 «Mark5»