Пример: Транспортная логистика
Я ищу:
На главную  |  Добавить в избранное  

Хозяйственное право /

Правовое регулирование цен и тарифов

←предыдущая следующая→
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ... 



Скачать реферат


tərəfindən tənzimlənilirdi. Etiraf etmək lazımdır ki, bu sahədə real şəraitə uyğun dövlət qiymət siyasəti olmadığından, bu proses kortəbii surətdə baş verirdi. Belə ki, bu proses qiymətlərin artması ilə səciyyələnirdi. Bu da əhalinin haqlı narazılığına səbəb olurdu. Bu sahənin tənzimlənməsi üçün ilk addım 2000-ci il 10 mart tarixli “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 40 saylı qərarı oldu. 2005-ci il fevral ayının 1-dən isə bu qərara A.R. Nazirlər Kabineti tərəfindən əlavələr edilməklə kommunal sahədə yaranmış tarif probleminə son qoyuldu.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına

1 NÖMRƏLİ ƏLAVƏ

MƏNZİL (EV) XİDMƏTİ TARİFLƏRİ

Ölçü vahidi Tarif, manatla (ƏDV nəzərə alınmaqla)

1. Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı):

1.1 Tam kommunal təminatlı mənzillər üzrə 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 100

1.2. Qismən kommunal təyinatlı, yarızirzəmi və kommunal tipli mənzillər üzrə 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 50

2. Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 75

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına

2 NÖMRƏLİ ƏLAVƏ

ƏHALİ ÜÇÜN KOMMUNAL XİDMƏTİ TARİFLƏRİ

Kommunal xidmətin növü Ölçü vahidi Tarif, manatla (ƏDV nəzərə alınmaqla)

Layihələrdə qaz təchizatı nəzərdə tutulmamış hündür mərtəbəli binaların sakinləri üçün elektrik enerjisindən istifadəyə görə 1 kvt.saat əhali üçün müəyyən olunmuş tarifin 50 faizi məbləğində

Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına 1 ayda 700

Yaşayış binalarında liftdən istifadəyə görə adambaşına 1 ayda 1000

Məhəllədaxili fərdi qarajlar üzrə 1 kv.metr ümumi sahə üçün 1 ayda 50

Elektrik enerjisi 1 kvt.saat 96

Qaz 1 kub metr 236

Su 1 kub metr 450

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına

3 NÖMRƏLİ ƏLAVƏ

YAŞAYIŞ BİNALARININ (EVLƏRİN) DAXİLİNDƏ YERLƏŞƏN QEYRİ-YAŞAYIŞ SAHƏLƏRİNİN İSTİFADƏÇİLƏRİ VƏ MÜLKİYYƏTÇİLƏRİ TƏRƏFİNDƏN MƏNZİL FONDUNUN SAXLANILMASI ÜÇÜN İSTİSMAR YIĞIMININ TARİFLƏRİ

Ölçü vahidi Tarif, manatla (ƏDV nəzərə alınmaqla)

Qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı müəssisələr, digər ticarət və kommersiya qurumları üçün 1 kv.m. ümumi sahə üçün 1 ayda 250

Büdcə təşkilatları, ictimai birliklər və yaradıcılıq emalatxanaları üçün 1 kv.m. ümumi sahə üçün 1 ayda 25

Hal-hazırda qiymətləri dövlət tərəfindən tənzimlənən malların(işlərin, xidmətlərin) siyahısı Azərbaycan Respublkası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 saylı qərarı ilə təsdiq edilmişdir.

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)

SİYAHISI

Sıra

№-si Malların (işlərin, xidmətlərin) adı

1 2

1. Elektrik enerjisi

2. Xam neft və neftdən emal olunan əsas məhsullar

3. Təbii qaz

4. Maye qaz

5. Mənzil kirayəsi (dövlət fondu üzrə)

6. Daşınmaz əmlak və dövlət torpaqlarının kadastrı xidmətləri, dövlət və bələdiyyə torpaqlarının icarə haqqı, satış qiymətləri, sahələr üzrə məlumatların verilməsi xidmətləri

7. İçməli və texniki su

8. İstilik enerjisi

9. İsti su və istilik təchizatı xidmətləri

10. Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri

11. Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri

12. Bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatla sərnişin daşıma və s.)

13. Rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitə-si xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.)

14. Dövlətə məxsus kommunal təsərrüfatı sahəsində əsas xidmətlər (mənzil, məhəllə-daxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilmə

←предыдущая следующая→
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ... 



Copyright © 2005—2007 «Mark5»