Пример: Транспортная логистика
Я ищу:
На главную  |  Добавить в избранное  

Хозяйственное право /

Правовое регулирование цен и тарифов

←предыдущая следующая→
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 



Скачать реферат


müəssisələr çıxış edir. Bu müəssisələr bazar iqtisadiyyatı subyektləri kimi çıxış edirlər, yəni kommersiya prinsipləri əsasında fəaliyyət göstərirlər.

Müasir bazar iqtisadiyyatı dövlət tənzimlənməsi olmadan keçinə bilməz. Bazarla dövlət müdaxiləsi arasında nisbət vəziyyətdən asılı olaraq dəyişilir.

Respublikamızda qiymətin əmələ gəlməsinin əsas prinsipi ondan ibarətdir ki, qiymətlər alıcı ilə satıcı arasında razılaşmalar əsasında müəyyən edilsə də, dövlət müəyyən əmtəələrin, xidmətlərin və ya ayrı-ayrı müəssisələrin məhsullarının qiymətlərinin tənzimlənməsinə müdaxilə etmək hüququnu özündə saxlayır. Bu qiymətlərin dövlət tənzimlənməsi adlanır.

Məlumdur ki, təsərrüfat subyektləri hər hansı əmtəə bazarında başlıca mövqe tuta bilərlər, daha doğrusu elə bir müstəsna vəziyyətə malik ola bilərlər ki, bu həmin müəssisəyə rəqabətə həlledici təsir göstərmək, digər müəssisələrin bazara daxil olmasını çətinləşdirmək və onların iqtisadi fəaliyyət azadlığını məhdudlaşdırmaq imkanı verər. Təcrübədə belə bir başlıca mövqeyə malik olan müəssisələrin müəyyən əmtəə bazarında payı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş son hədd kəmiyyətini ötüb keçməməlidir. Mövcud əsasnaməyə əsasən müəyyən əmtəə bazarında təsərrüfat subyektinin payı əgər 35%-i ötüb keçmişsə, onda bu subyekt bazarda inhisar mövqeli subyekt hesab ediləcək.

Hakim mövqe tutan müəssisələr aşağıdakıları həyata keçirmək yolu ilə digər müəssisələrin mənafelərini məhdudlaşdıra və tapdalaya bilər:

• Bazarda qıtlığın yaradılması və ya saxlanması məqsədilə dövriyyədən əmtəələrin çıxarılması;

• Qiymətlərin yüksəldilməsi;

• Alıcı üçün sərfəli olmayan və ya müqavilə predmetinə aid edilməyən müqavilə şərtlərinin alıcı ilə (sifarişçi ilə) bağlanılması;

• Alıcının marağı olmadığı əmtəələrə aid edilən məsələlərin müqaviləyə daxil olunmasına razılıq;

• Digər müəssisələr üçün bazara daxil olma (bazardan çıxma) maneələrinin yaradılması;

• Normativ aktlarla müəyyən edilmiş qiymətəmələgəlmə qaydalarının pozulması.

Bundan başqa, hakim mövqe tutan müəssisələr öz növbəsində qiymətlərin, güzəştlərin, əlavələrin müəyyən edilməsinə, hərraclarda qiymətlərin yüksəldilməsinə, aşağı salınmasına və ya saxlanmasına yönəldilmiş müqavilələr bağlaya bilər və ya razılaşdırılmış fəaliyyət apara bilərlər. Onlar həmçinin ərazi prinsipi üzrə satışın və tədarükün həcminə görə bazar bölgüsünü həyata keçirə bilər, satıcı və alıcı dairələri üzrə bazara girişi məhdudlaşdıra və ya müəyyən əmtəələrin alıcı və ya satıcıları kimi bazardan digər müəssisələri çıxara bilər, müəyyən satıcı və alıcılarla müqavilə bağlamaqdan imtina edə bilərlər. Bu cür fəaliyyətlər qanunla qadağan edilmişdir.

İnhisarçı müəssisələrin yuxarıda sadalan fəaliyyətini aradan qaldırmaq üçün onlar tərəfindən istehsal edilən məhsullar üzrə qiymətlərin tənzimlənməsi tətbiq edilməlidir.

A.R-da inhisarçılığa qarşı mübarizə aparmaq üçün antiinhisar qanunvericiliyi qəbul edilmişdir. Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, “Antiinhisar fəaliyyəti haqqında”, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir.

İnhisarçılıq fəaliyyətinin aşağıdakı təzahür formaları var:

1. Dövlət inhisarçılığı

2. Sahə inhisarçılığı

3. Yerli inhisarçılıq

4. Təsərrüfat subyektlərinin inhisarçılığı

5. Maliyyə-kredit inhisarçılığı

6. Bazar subyektlərinin üfüqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq

7. Təbii inhisarçılıq

8. Patent-lisenziya inhisarçılığı

9. Yerin təkindən istifadə inhisarçılığı

Təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə və ya rəqabəti məhdudlaşdıran hərəkətlərinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı aşağıdakılara dövlət nəzarətini həyata keçirir:

• təsərrüfat subyektlərinin birləşdirilməsinə və qovuşmasına (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə);

• aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən artıq olan təsərrüfat subyektlərinin qovuşmasına və birləşməsinə;

• aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələrinin ləğv edilməsinə (məhkəmənin qərarı ilə müəssisələrin ləğv edilməsi halları istisna olunmaqla) və bölünməsinə (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə).

İnhisarçı müəssisələr A.R-nın əmtəə bazarında fəaliyyət göstərən inhisarçı müəssisələrin xüsusi dövlət reyestrinə salınmışdır. Reyestrə müəyyən keyfiyyətli və çeşidli məhsulların konkret qrup və növlərinin istehsalına görə inhisarçı sayılan müəssisələr daxil edilirlər. Reyestrin formalaşması və marağı olan müəssisənin reyestrə daxil olunması və ya ondan çıxarılması haqqında informasiyanın çatdırılması İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.

İstehlakçı müəssisələr də müəyyən hüquqlara malikdirlər. Belə ki, onlar inhisarçı sayılan müəssisələrin reyestrə

←предыдущая следующая→
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 



Copyright © 2005—2007 «Mark5»