←предыдущая следующая→
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
aşağıdakı məlumatları da təqdim etməlidirlər:
• Dəyişdirilməsinin səbəbləri göstərilməklə nəzərdə tutulan qiymətin səviyyəsi
• Material və əmək məsrəfləri xırdalanmaqla məhsulların (malların, xidmətlərin) maya dəyərinin kalkulyasiyası
• Həmin məhsulun satışından alınacaq mənfəətin həcmi və əldə olunacaq rentabelliyin səviyyəsi
• Nəzərdə tutulan istehsalın həcmi
• Hesabat dövründə istehsalın faktiki həcmi
Təqdim olunan məlumatları qiymət orqanı təhlil edir və qərar qəbul edərkən onu əsas götürür ki, real məsrəflərin dəyişməsi nəzərə alınsın və istehsalın həcminin əsassız olaraq aşağı düşdüyü halda deklarasiya olunan qiymət artırılmasın.
Düzgün olmayan məlumat verən, deklarasiya olunmamış qiymətlər tətbiq etmiş müəssisələrə qarşı deklarasiya qaydası ilə iqtisadi və inzibati cəza tədbirləri nəzərdə tutulur. Müəssisələr deklarasiya üzrə qoyulmuş qaydanı bir neçə dəfə pozarlarsa, onda onlar müvəqqəti olaraq qiymətqoyma hüququndan məhrum oluna bilər və bu halda qiymətqoyma hüququ dövlət idarəetmə orqanlarına keçir.
Qeydiyyatdan keçmiş qiymət maksimum son hədd qiyməti sayılır. Yeni qiymətin qeydiyyatdan keçmə müddəti bir ay təşkil edir. Qiymət əmələgəlmə orqanları qiymətlərin deklarasiyasını xüsusi formalı reyestrdə qeyd edirlər. Deklarasiya olunmuş qiymətin son həddinin tətbiq olunma tarixi onun müvafiq qiymət əmələgəlmə orqanı tərəfindən qeydiyyatdan keçməsi tarixi hesab olunur.
Qeydiyyatdan keçmiş deklarasiyanın surəti və yaxud qeydiyyatdan imtina haqqında qərar istehsalçı müəssisəyə göndərilir. İstehsalçı müəssisə isə qiymət əmələgəlmə orqanının qəbul etdiyi qərarı 1 həftə ərzində məhsulun istehlakçılarına çatdırır. Eləcə də bu deklarasiyanın surəti və ya ondan imtina haqqında sənəd həm də Dövlət orqanı tərəfindən İqtisadi İnkişaf Nazirliyinə göndərilir.
Qiymətlərin dəyişməsinin deklarasiyası haqqında materialların qiymət əmələgəlmə orqanları tərəfindən baxılması müddəti məhsul istehsalına fasilə sayılmamalıdır.
Həmin müddət ərzində müəssisə istehlakçılarla razılaşdırılmış qiymətlər üzrə məhsulun buraxılışını və realizasiyasını davam etdirir. Əgər qiymət əmələgəlmə orqanı təqdim olunmuş layihədən aşağı səviyyədə qiymətlərin qeydiyyatı haqqında qərar qəbul edərsə, onda yeni qiymətlərin səviyyəsinə uyğun şəkildə istehlakçı ilə yenidən hesablanma həyata keçirilir.
1996-cı ilin avqustunda A.R. Nazirlər Kabinetinin 109 saylı qərarı ilə “Azərbaycan respublikasında təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi haqqında” əsasnamə təsdiq edildi. 15 dekabr 1998-ci ildə isə “Təbii inhisar haqqında” qanun qüvvəyə mindi. Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir.
Bu Qanun təbii inhisar subyektlərinin, istehlakçıların, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının iştirak etdiyi məhsul, iş, xidmət (bundan sonra əmtəə) bazarlarında yaranan münasibətləri tənzimləyir.
Təbii inhisarlar haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir.
Təbii inhisar dedikdə istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti dedikdə isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti başa düşülür. Təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi İqtisadi İnkişaf Nazirliyi və Tarif şurası tərəfindən həyata keçirilir.
Təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır:
1. Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli;
2. Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri;
3. Elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri;
4. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;
5. Aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri;
6. Metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti;
7. Su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi fəaliyyəti;
8. Ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici — verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti;
9. Baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı;
10. Kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı;
11. Meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı;
12. İstilik təchizatı xidmətləri.
Təbii inhisar subyektlərinin fəaliyyətini tənzimləmək məqsədilə aşağıdakı üsullar tətbiq edilə bilər:
1. Əmtəənin qiymətlərinin (tariflərinin) tənzimlənməsi;
←предыдущая следующая→
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
|
|