Пример: Транспортная логистика
Я ищу:
На главную  |  Добавить в избранное  

Хозяйственное право /

Правовое регулирование цен и тарифов

←предыдущая  следующая→
1 2 3 4 5 6 7 8 9 10 ... 



Скачать реферат


QİYMƏT VƏ TARİFLƏR İQTİSADİ VƏ HÜQUQİ KATEQORİYA KİMİ

GİRİŞ………………………………………………………………………..2 SƏH.

QİYMƏT VƏ TARİFLƏRİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ

BAZASI.......................................................................................................3 SƏH

DÖVLƏTİN QİYMƏT VƏ TARİFLƏRİN TƏNZİMLƏNMƏSİ MEXANİZMLƏRİ....................................................................................13 SƏH

BAZAR MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ QİYMƏT VƏ

TARİFLƏRİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI...................................................................................................26 SƏH

NƏTİCƏ.....................................................................................................29 SƏH

ƏDƏBİYYAT SİYAHISI..........................................................................29 SƏH

GIRIŞ

Azərbaycan yeni cəmiyyətin hüquqi, iqtisadi və sosial əsaslarının formalaşmasının çətin mərhələsini keçir. Lakin qısa bir müddət ərzində və ağrısız bazar iqtisadiyyatı münasibətlərini ölkədə formalaşdırmaq mümkün deyil. Baxmayaraq ki, sərt mərkəzləşmiş idarəetmə strukturu geridə qalmışdır, bununla belə insanlarda hələ də keçmişin ideologiyası qalmaqdadır və onu dəyişmək asan iş deyil. Lakin insanlar tədricən iqtisadi fəaliyyətin və şəxsi təşəbbüskarlığın onlar qarşısında açdığı imkanları mənimsəyirlər.

Belə keçid dövrü yaşamış bir çox ölkələrin təcrübəsi göstərir ki, bu dövr böhranlar, hiperinflyasiya və işsizliklə ilə müşayiət olunur. Ona görə də hər bir dövlət elə bir bazar münasibətləri mexanizmi işləyib hazırlamalıdır ki, qiymətlərin tez-tez qalxıb-enmələri, inflyasiyalar və digər neqativ proseslər iqtisadiyyatda ümumi dağıntıya gətirib çıxartmasın. Bu halda dövlət tənzimlənməsi zərurətə çevrilir.

Hüquqi tənzimləmə dedikdə dövlətin və onun səlahiyyətli orqanlarının ictimai münasibətləri tənzimləyən norma və qaydaların dərc edilməsi fəaliyyəti başa düşülür. Başqa sözlə desək iqtisadiyyatın hüquqi tənzimlənməsi - ictimai həyatın tənzimlənməsi üzrə dövlətin tələbidir. Ona görə də bu tələblər sosial baxımdan əsaslandırılmış, sistemli təşkil olunmuş və praktiki cəhətdən reallaşdırılmış olmalıdır.

Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın tənzimlənməsi dövlətin mühüm funksiyalarından biridir. Belə ki, dövlət iqtisadi münasibətlərin hüquqi əsasını təmin edir, milli iqtisadi mənafeləri qoruyur, infrastrukturu formalaşdırır, pul dövriyyəsini idarə edir, bir sıra sosial sahələri inkişaf etdirir.

Dövlət tənzimlənməsinin mühüm obyektlərindən biri də qiymət sistemidir. Qiymət sistemi - bazar münasibətlərinin əsas atributlarından biridir. O, bazar mexanizminin digər elementləri ilə qarşılıqlı əlaqədə olub, daima və operativ olaraq onların dəyişməsinə reaksiya verir. Son zamanlara qədər bazar iqtisadiyyatında qiymətlərin tənzimlənməsinin lazımsızlığı haqda geniş fikirlər yayılmışdı ki, bu da bilavasitə bazarda istehlakçılarla istehsalçılar arasında qiymət razılığının əldə olunması, yəni qiymətlərin özünü tənzimlənməsi prosesi ilə izah edilməyə çalışılırdı.

Lakin belə təsəvvürlərin heç bir elmi və təcrübi əsası yoxdur. İlk növbədə ona görə ki, özünütənzimləmə prosesinin özü təbii proses olmayıb bazarda kontragentlərin riayət etməli olduqları müəyyən qayda və normaların nəticəsidir. Həmin qayda və normaların pozulması iqtisadiyyatın normal fəaliyyət göstərməsinə mənfi təsir etmiş olur ki, bu da qiymətlərin dövlət tənzimlənməsinin zəruriliyini şərtləndirir. İkincisi, qiymətlərin birdən-birə liberallaşdırılması inflyasiya tempini artıra bilər və istehsalın tənəzzülünü dərinləşdirə bilər. Üçüncüsü, qiymətləri tənzimləməklə dövlət həm də milli gəlirin yenidən bölgüsündə öz iştirakını təmin etmiş olur. Dördüncüsü, xarici istehsalçılarla rəqabət apara bilməyən dövlət müəssisələrinin müdafiəsi üçün də dövlətin qiymətin əmələgəlməsinə müdaxiləsi tələb olunur. Nəhayət qiymətlər dövlət tərəfindən tənzimlənməzsə, tələblə təklif arasındakı uyğunsuzluqlar daha da dərinləşə bilər.

Dövlət qiymətqoyma prosesinə müvafiq qanunvericilik, inzibati və büdcə-maliyyə tədbirləri vasitəsilə elə təsir etməlidir ki, ümumi iqtisadi sistemin inkişaf sabitliyi əldə edilsin. Başqa sözlə dövlət çalışmalıdır ki, qiymətlərin ümumi səviyyəsi optimal olsun, yəni nə həddən artıq aşağı düşməsin, nə də həddən artıq

yüksəlməsin. Bu səbəbdən də müasir dövrdə qiymətlərin tənzimlənməsi problemi aktual xarakter daşıyır.

QİYMƏT VƏ TARİFLƏRİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ BAZASI

Azərbaycan respublikası Konstitusiyasına uyğun olaraq qiymət siyasətini A.R. hökuməti həyata keçirir. Buna uyğun olaraq A.R-nın prezidenti hökumət ilə birgə qiymət siyasətinin və qiymət əmələgəlmə qanunvericiliyinin reallaşdırılmasını təmin edir.

Qiymət siyasəti - Bu dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının və qiymət əmələgəlmə subyektlərinin xalq təsərrüfatında, xidmət sferasında qiymətin tənzimlənməsi istiqamətində həyata keçirdikləri fəaliyyət və onlar üzərində nəzarətdir. Qiymətlər tələb və təklifin nizamlanmasının əsas aləti kimi çox mühüm sosial funksiyanı-sərvət və xidmətlərin istehlak strukturuna və həcminə, xərclərə, həyat səviyyəsinə, yaşayış minimumuna, ailənin istehlak səbətinə təsirini yerinə yetirir. Qiymətin dəyişməsinə və onun səviyyəsinə əhalinin

←предыдущая  следующая→
1 2 3 4 5 6 7 8 9 10 ... 



Copyright © 2005—2007 «Mark5»